Apasport.az-ın klubun feysbuk səhifəsinə istinadən məlumatına görə, Ağdam təmsilçisi Suriya millisi ilə qarşılaşacaq.
Görüşün başlama saatı da artıq müəyyənləşib. Belə ki, oyunun start fiti Bakı vaxtı ilə 20:30-da səslənəcək.
Qeyd edək ki, “Qarabağ” Avstriya toplanışı çərçivəsində keçirdiyi ilk iki yoxlama matçında “Ludoqorets” (Bolqarıstan – 1:1) və “Vakker İnsbruk”la (Avstriya – 0:0) heç-heçə edib.
İnterpress.az