Tələbəmiz müammalı şəkildə öldü – Meyiti Azərbaycana gətirilirbackend

Tələbəmiz müammalı şəkildə öldü – Meyiti Azərbaycana gətirilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az BAKU.WS-ə istinadən xəbər verir ki, hadisə Moskva yaxınlığında, Tula vilayətində qeydə alınıb. Həmin ərazidə yaşayan 24 yaşlı Roman Oqtay oğlu Qurbanovun halı qəfil pisləşib. Təcili yardım həkimi çağırılıb. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.

Bu barədə dünyasını dəyişən Romanın qardaşı Ruslan Qurbanov BAKU.WS-ə məlumat verib. Onun sözlərinə görə, qardaşının səhhətilə bağlı heç bir problemi olmayıb.

\”Romanın səhhətində heç bir problem olmayıb. Yaşadığı yerdə heç bir düşməni də yox idi. Sağlam həyat tərzi yaşayırdı\”, – deyə Ruslan Qurbanov bildirib.

Roman Qurbanov aşpazlıq üzrə təhsil alırmış: \”Qardaşımın ölüm xəbərini onun həyat yoldaşı Yulya dedi. Qardaşımın Maksim adlı 2 yaşlı oğlu qalıb\”.

R.Qurbanov deyir ki, qardaşının meyiti morqdadır və sabah gətiriləcək:

Tələbəmiz müammalı şəkildə öldü - Meyiti Azərbaycana gətirilir

\”Hazırda Romanın ölüm səbəbini araşdırırlar. Ekspertizanın cavabı bu gün hazır olacaq. Meyiti də onun ölüm səbəblərini təsdiq edən ekspertiza kağızı ilə birlikdə göndərəcəklər. Meyiti doğulduğumuz Ağstafa rayonunun Vurğun qəsəbəsindəki qəbirsanlığında dəfn edəcəyik\”.

İnterpress.az