İnterpress.az qol.az-a istinadən xəbər verir ki, isveçli futbolçu şəxsi Twitter\” hesabında yazıb ki, artıq Los-Anceles şəhərinin tanrısı və kralı var. Zlatan İbrahimoviç kral Ceymsi salamlayır\”.
Qeyd edək ki, Lebron Ceymsin 154 milyon avro qarşılığında \”Los-Anceles Leykers\”lə 4 illik müqavilə bağladığı iddia olunur.
Xatırladaq ki, İbrahimoviç bu ilin əvvəlindən ABŞ-ın \”Los-Anceles Qelaksi\” klubunda çıxış edir.
İnterpress.az