Beynəlxalq Fələstin Uşaq Müdafiəsi Hərəkatının hesabatına görə, 2018-ci ilin əvvəlindən bəri 25 fələstinli uşaq İsrail əsgərləri tərəfindən qətlə yetirilib. İsrail əsgərlərinin fələstinli uşaqları \”qəsdən öldürdüyü\” qeyd olunan hesabatda 21 uşağın Qəzza zolağında, 4-nün isə İordan çayının Qərb sahilində baş verən insidentlər nəticəsində həlak olduğu qeyd edilir. Hesabatda, həmçinin vurğulanır ki, öldürülən uşaqların 21-i həqiqi mərmi ilə vurulub. Onlardan 11-i baş və boyun nahiyələrindən güllələnib. İsrail əsgərləri ən son ötən cümə günü Qəzzada \”Böyük dönüşü yürüşü\” aksiyasına qatılan 12 yaşındakı Yasir Ebu Necayı başından güllələyib. (sputnik.az)
İnterpress.az