Neymar tənqid edildi: Futbolda aktyorluq etmək lazım deyilbackend

Neymar tənqid edildi: Futbolda aktyorluq etmək lazım deyil

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

\”Matçın hakimi qərarları Braziliyanın lehinə verdi. Biz oyuna nəzarət edirdik. Amma Neymara görə çox vaxt itirdik. Neymar mütəmadi olaraq özünü yerə atırdı. Bu, futbol üçün çox pis haldır. Görüşün tez-tez dayanması oyunçularıma təsir etdi. Hakim isə baş verənlərə müdaxilə etmədi. Futbolda aktyorluq etmək lazım deyil\”.

Qol.az-ın yaydığı xəbərə görə, bu sözləri Meksika millisinin baş məşqçisi Xuan Karlos Osorio DÇ-2018-in 1/8 finalında Braziliya 0:2 hesabı ilə uduzaraq mübarizəni dayandırdıqları oyundan sonra keçirilən mətbuat konfransında deyib.

O, komandası haqda müsbət fikirlər səsləndirib: \”Braziliyaya qarşı oynadığımız oyunla Meksikanın yaxşı komanda olduğunu göstərdik. Ümid edirəm ki, oyunçularım Avropaya gəlməyə davam edəcək və hər həftə dünyanın ən yaxşı komandaları ilə qarşılaşacaq. Bununla da millimizi daha da inkişaf edəcək\”.

İnterpress.az