İnterpress.az xəbər verir ki, cənazə planına görə, kraliçanın ölümünün ardından baş nazir çıxış edəcək və 10 gün yas elan ediləcək.
Qeyd edək ki, \”London Bridge\” adı verilən dəfn mərasimi məşqlərində yüksək səviyyəli nazirlər də iştirak edib. BBC kanalı kraliçanın ölüm elanından sonra milli himni yayımlayacaq, bütün kanallarının arxa fonuna Elizabetin fotosu yerləşdiriləcək. Elandan 12 gün sonra həyata keçirilən dəfn mərasiminə qədər isə yayım axını qəti olaraq dəyişəcək və əyləncə proqramları yayımdan qaldırılacaq. (olaylar.az)
İnterpress.az