Bakıda sərnişinlər avtobus tapa bilmir – AÇIQLAMAbackend

Bakıda sərnişinlər avtobus tapa bilmir – AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı metrosunun dünəndən fəaliyyətini dayandırması paytaxt Bakıda sərnişin sıxlığına səbəb olub. Sərnişinlər isə marşrut xətti üzrə hərəkət edən avtobuslar vasitəsilə daşınır.

Bu barədə İnterpress.az-a açıqlama verən Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mayis Ağayev bildirib ki, səhər saatları olduğu üçün hazırda bütün metrostansiyaların ətrafında sərnişin sıxlığı müşahidə olunur:

\”Adi günlərdən fərqli olaraq sərnişinlərin daşınması yalnız müntəzəm marşrut avtobusları ilə həyata keçirildiyindən müəyyən çətinliklər müşahidə edilir. Buna baxmayaraq Bakı Nəqliyyat Agentliyinin göstərişi ilə bütün ehtiyat avtobuslar sərnişindaşıma prosesinə cəlb edilir\”.

\”Sərnişinlərimizdən yaranmış müvəqqəti narahatlığı nəzərə almalarını xahiş edirik\”, – deyə, M.Ağayev bildirib.

İnterpress.az