Sevastopolda yaşayış ərazisində PARTLAYIŞ – Ölən varbackend

Sevastopolda yaşayış ərazisində PARTLAYIŞ – Ölən var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sevastopolda yaşayış ərazisində partlayış baş verib.

İnterpress.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Sevastopolda yaşayış massivinin yaxınlığındakı ərazidə baş verən partlayış nəticəsində bir kişi həyatını itirib.

“Baza”nın məlumatına görə, hadisə səhər saatlarında Stoletov prospektində yerləşən yaşayış massivinin arxasındakı parkda baş verib.

Şahidlərin sözlərinə görə, kişi dostu ilə birlikdə pilləkənlərlə hərəkət edərkən partlayış baş verib.

İlkin məlumata görə, partlayıcı qurğu skamyaların yaxınlığındakı zibil qutusuna yerləşdirilib.

Hadisə yerində kriminalistlər çalışır, partlayışın səbəbləri və digər hallar araşdırılır.

Yerli sakinlərə şübhəli əşyalara yaxınlaşmamaq barədə xəbərdarlıq edilib.

Xuraman Etibarlı

İnterpress.az