Hər üç ifaçı bir vaxtlar rəfiqə olduqları əməkdar artist Röya Ayxanla küsülüdürlər.
Bir müddət əvvəl isə Natavan, Elnarə və Xuraman Röyanın işlətdiyi “Bunu” sözünü ələ salıblar. Röya bununla bağlı suala “Xəzər maqazin”də cavab verib:
“Kef eləsinlər, hər şey yaxşıdır. Mən bibiyəm, sözüm dillər əzbəridir. Dostlarım da, sözlərimi istifadə edə bilər”.
Qeyd edək ki, Röya Ayxanla Nigar Camal arasında “bunu” kəlməsinə görə qalmaqal yaşanmışdı. “Altın kelebek” zamanı Röyanı görən Nigar “Bunu kim çağırıb” sözlərini deyib. Onun bu reaksiyası qarşı tərəfi əsəbiləşdirib.
Natavan, Elnarə və Xuraman müsahibə zamanı onlar küsülü olduqları Röya Ayxanı ələ salıblar.
Elnarənin Xuramana “Buna” deyə müraciət etməsinə Natavan “Xuraman xanıma\” xahiş edirəm. Buna sənsən. Bu, təzə söhbətdir?” sözlərini deyərək, gülməyə başlayıb. (axşam.az)
İnterpress.az