İnterpress.az xəbər verir ki, bu barədə Zurab Pataradze bu gün keçirdiyi brifinqdə bildirib.
O deyib ki, Acarıstan hökumətinin istefası ilə bağlı qərar hakim komandada müzakirə olunub və sonda yekun qərar qəbul edilib.
Z.Pataradze hökumətdən istefa versə də, hakim “Gürcü arzusu- demokratik Gürcüstan” partiyasında qalacağını və bundan sonra da ölkənin inkişafı ilə bağlı fəaliyyətini davam etdirəcəyini qeyd edib.
Z. Pataradze 2016-cı ilin iyulundan muxtar respublikanın hökumət başçısı vəzifəsini tutub. (oxu.az)
İnterpress.az