Ermənistanın 19 hərbçisi öldübackend

Ermənistanın 19 hərbçisi öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu ilin 6 ayı ərzində Ermənistanda və Azərbaycanın işğal olunmuş ərazilərində 19 erməni hərbi qulluqçusu ölüb.

İnterpress.az \”Report\”a istinadən xəbər verir ki, bu barədə İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, onlardan 2-i zabit, 16-ı əsgər, 1-i müqavilə ilə xidmət edən hərbçi olub. Hərbçilərdən 6-ı özünə qəsd edib və ya intihar həddinə çatdırılıb. İki hərbçi silahdan istifadə qaydalarını pozmasının qurbanı olub. Erməni ordusunun 2 hərbçisi xəstəlikdən, 1-i mina partlayışı zamanı, 1 nəfər bədbəxt hadisə, daha 1 nəfər isə yol-nəqliyyat hadisəsi zamanı ölüb. Düşmən ordusunun 5 hərbçisi cəbhənin təmas xəttində atəşkəsi pozması nəticəsində öldürülüb.

Bu ilin 6 ayı ərzində qeyri-döyüş şəraitində 12 erməni hərbi qulluqçusu ölüb.

İnterpress.az