DÇ-2018: Dünya çempionatında uduzan oyunçular ölümlə hədələndibackend

DÇ-2018: Dünya çempionatında uduzan oyunçular ölümlə hədələndi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kolumbiya millisinin oyunçuları Matues Uribe və Karlos Bakka komandanın futbol üzrə Dünya çempionatını tərk etməsindən sonra sosial şəbəkə istifadəçiləri tərəfindən ölümlə hədələnib.

Kolumbiyalılar, əsas oyundan sonra penalti zərbələrini yerinə yetirməyən futbolçuları ölkəyə qayıtmamağı məsləhət görüblər. Belə ki, Uribenin zərbəsi dirəyə dəyib, Bakkanın zərbəsini isə ingilis qapıçı Cordan Pikford zərərsizləşdirib.

Qeyd edək ki, ötən gün 1/8 final oyununda İngiltərə penaltilər seriyasında Kolumbiyanı üstələyib. Əsas və əlavə vaxtı 1:1 hesabı ilə başa çatıb. Maraqlıdır ki, iyulun 2-də Kolumbiya millisinin müdafiəçisi Andreas Eskobarın ölümündən 24 il keçib. O, 1994-cü ildə ABŞ-da keçirilən futbol üzrə Dünya çempionatından ölkəsinə qayıdarkən güllələnib. Onun öz qapısına vurduğu avtoqol nəticəsində Kolumbiya millisi qrupda qalmışdı. (sputnik.az)

İnterpress.az