Biləsuvarda dəhşətli yol qəzası – 2 nəfər öldü, 2 nəfər yaralandıbackend

Biləsuvarda dəhşətli yol qəzası – 2 nəfər öldü, 2 nəfər yaralandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın əldə etdiyi məlumata görə, hadisə Ələt-Astara magistralının Biləsuvar rayonunun Xırmandallı kəndindən keçən hissəsində baş verib.

Belə ki, səhər saatlarında VAZ markalı minik və \”Suzuki\” markalı yük avtomobillərinin toqquşması nəticəsində iki nəfər ölüb, iki nəfər isə ağır yaralanıb.

Hadisə nəticəsində minik avtomobilində olanlardan ikisi ölüb, daha iki nəfər isə ağır yaralanıb.

Ölənlər: Cəlilabad rayon sakinləri – 1992-ci il təvəllüdlü Rəşad Əlizadə oğlu Həsənov və 1987-ci il təvəllüdlü Saməddin Vaqif oğlu İsmayılov.

Yaralananlar: Cəlilabad rayon sakinləri – 1987-ci il təvəllüdlü Şəhriyar Azad oğlu Cananov və 1992-ci il təvəllüdlü Əli Sahib oğlu Ağayev.

Hadisə nəticəsində minik avtomobili deformasiyaya uğradığından FHN-in xilas ediciləri hadisə yerinə cəlb olunub. Onlar minik avtomobilində sıxılmış halda qalan meyitləri və yaralıları çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Yaralılar dərhal Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

İlkin məlumata görə, minik avtomobilində olanlar Salyan rayonundakı mal-qara bazarına gedirmiş.

Faktla bağlı araşdırma aparılır.

İnterpress.az