18 yaşlı şagird 50 yaşlı müəlliminə qoşulub qaçdı – FOTObackend

18 yaşlı şagird 50 yaşlı müəlliminə qoşulub qaçdı – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə 50 yaşlı müəllimin 18 yaşlı şagirdi ilə sevgi münasibətlərinin olduğu üzə çıxdıqdan sonra istintaq başladılıb.

İnterpress.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Zonquldaq vilayətindəki liseylərdən baş verib. Belə ki, 50 yaşlı fəlsəfə müəllimi B.Ç 18 yaşlı qız şagirdi olan Y.G-yə aşiq olub.

Bundan sonra müəllimlə şagird arasında qarşılıqlı sevgi münasibətləri yaranmağa başlayıb. Bu il məzun günündən sonra qızın evə gəlməməsindən narahat olan ailəsi Zonquldaq hüquq-mühafizə orqanlarına müraciət edib.

Araşdırmalardan sonra məlum olub ki, qız öz müəllimi ilə birlikdə qaçaraq ölkəni tərk edib.

Faktla bağlı cinayət işi qaldırılsa da, qız müəlliminə aşiq olduğunu və onunla evlənmək istədiyi üçün qoşulub qaçdığını bildirib.

İlk öncə, şikayətçi olan qızın ailəsi isə daha sonra şikayətlərini geri götürüb.

Araşdırmalardan sonra o da məlum olub ki, müəllim B.Ç əvvəllər öz həmkarı ilə evli olub. Amma bir müddət sonra bu evllilik uzun çəkməyib və boşanıblar.

İnterpress.az

18 yaşlı şagird 50 yaşlı müəlliminə qoşulub qaçdı - FOTO