İnterpress.az Modern.az-a istinadən xəbər verir ki, keçmiş nazirin həbsi onun Mahaçqaladakı evində axtarışdan sonra baş tutub.
İbrahimov tibbi avadanlıqların alınması üçün ayrılan büdcə vəsaitlərini mənimsəməkdən şübhəli bilinib.
O, 2013-cü ilin fevralından 2018-ci aprel ayına kimi ölkənin səhiyyə nazirliyinə rəhbərlik edib.
İbrahimov \”Rusiya Federasiyasının əməkdar həkimi\” adı ilə yanaşı Rusiya Federasiyasının Elm və Texnologiya sahəsində Dövlət mükafatının laureatıdır.
Qeyd edək ki, 2018-ci ilin fevralında Dağıstanda federal mərkəzlə birgə genişmiqyaslı antikorrupsiya əməliyyatları keçirilib. Həmin vaxt bir sıra rəsmi şəxslər həbs olunub və bir çox qurumlarda axatarışlar aparılıb. Səhiyyə nazirliyində də aparılan axtarışlardan sonra apreldə Tanka İbrahimov istefa vermişdi.
İnterpress.az