Gürcüstandakı soydaşlarımız barədə bu video-çarx narazılıq yaradıb – VİDEObackend

Gürcüstandakı soydaşlarımız barədə bu video-çarx narazılıq yaradıb – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az APA-ya istinadən xəbər verir ki, video-çarxda Kvemo Kartli bölgəsinin təbiəti, tarixi və dini abidələri, mədəniyyəti yer alıb.

Bölgə administrasiyasının rəsmi \”Facebook\” səhifəsində yerləşdirilmiş video-çarx qısa vaxt ərzində yerli azərbaycanlılar tərəfindən aktiv olaraq şərh olunub. Şərhlərdə video-çarxda Kvemo Kartli bölgəsində yaşayan azərbaycanlılara məxsus dini abidə və mədəniyyət nümunələrinin əks olunmamasından narazılıqlar ifadə olunub.

Kvemo Kartli administrasiyasından isə video-çarxın qurumda mövcud olan materiallar əsasında hazırlandığı bildirilib. Dövlət qurumu gələcəkdə hazırlanacaq bu cür video-çarxlarda bölgənin müxtəlifliyinin nəzərə alınacağını qeyd edib.

Məsələyə tanınmış gürcü hüquq müdafiəçisi Tamta Mikeladze də münasibət bildirib. O, \”Facebook\” səhifəsində Kvemo Kartli administrasiyasının hazırladığı video-çarxın bölgədə artmaqda olan mədəni assimilyasiya siyasətinin yaxşı göstəricisi olduğunu qeyd edib: \”Bölgənin çoxmillətli və çoxdinli müxtəlifliyi haqqında hazırlanmış video-çarxda dini və etnik müxtəlifliyi necə göstərməmək olar? Son illər dominantlıq edən kilsənin güclənməsi aydın görünür. Azərbaycanlıların yaşadığı kəndlərdə xaçlar quraşdırılır, kəndlərin və bayramların adı gürcüləşdirilir\”.

İnterpress.az