Xalq artisti tanınmış yazarın intihar cəhdindən yazdı: “…lənət olsun”backend

Xalq artisti tanınmış yazarın intihar cəhdindən yazdı: “…lənət olsun”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, yazarın canlı yayımda intihara cəhd etməsi sosial mediada və şəbəkələrdə birmənalı qarşılanmayıb və ciddi müzakirələrə səbəb olub.

Bununla bağlımünasibət bildirən xalq artisti Faiq Ağayev yazar Cəlil Cavanşirin canlı yayında intihar etməsi qınayan insanları sərt şəkildə tənqid edib.

“Nə qədər murdar, məhv olmağa layiq olan məxluqatlar varmış aramızda, İlahi!

Cəlil Cavanşirin özünəqəsd yayımına baxa bilməmişdim, tədbir idarə edirdim. Dostlarım xəbər verdi, yarım dəqiqəlik kənara çəkilib, dərhal rəy yazdım ki – “etməyin!”.
Baş verənləri anlamırdım da açığı, düşündüm ki, bəlkə bir sənət “performance”dır bu, düşünülmüş “göstəri”dir, intihar cəhdi deyil.
Ancaq indi o görüntülərə rast gəldim.
Ürəyim ağradı…

Heç cür haqq da qazandırmıram Cəlilə. Sevdiyim ədib, dərin bir insandır. Qəti etməməli idi.

Amma…
Rəylərə baxıram – “tırka” verən kim, heyvancasına “adə, hırrey” anqıran kim.
Tfu! Lənət olsun!

Əslində, bir acı həqiqət var.

Kütləni, əyri-əskiklərinə göz yumub, yalnız tərifləyəndə, meydana bax belə cəhənnəm varlıqları, nainsanlar çıxır.
Dəyəri, mənəviyyatı, düşüncəsi, dərrakəsi “0”- (sıfrdan mənfi) olanlar özünü cəmiyyətin tamhüquqlu üzvləri sanıb, hərəkətləri ilə toplumumuzu İnsan, Xalq, Millət anlayışlarıından iraq salırlar.
Onlar mütləq tapılmalı, təxirəsalınmaz şəkildə aşkar olunmalı və “intihara təhrik” maddəsi ilə cəzalandırılmalıdırlar.
KİV-lərdə geniş işıqlandırma şərti ilə!”. (Bizimyol.info)

Xalq artisti tanınmış yazarın intihar cəhdindən yazdı: “…lənət olsun”

İnterpress.az