Toy yasa döndü: 30 yaşlı kişi qətlə yetirildibackend

Toy yasa döndü: 30 yaşlı kişi qətlə yetirildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hadisə rayonun Gədəzeyxur kəndində qeydə alınıb. Kənddə keçirilən toy mərasimində kənd sakini, 1979-cu il təvəllüdlü Mirzəbəyov Səlim Balabəy oğlu şəxsi münaqişə zəminində tanışı, Bakının Xəzər rayonunun Qala qəsəbəsində yaşayan 1988-ci Qədirov İlham İslam oğlunu bıçaqlayıb. İ. Qədirov xəstəxanaya aparılsa da, aldığı xəsarətdən dünyasını dəyişib.

Faktla bağlı Qusar rayon prokurorluğunda cinayət işi açılıb, araşdırmalar davam etdirilir. (apa)

İnterpress.az