Xəbər verdiyimiz kimi Quba rayonunda bədbəxt hadisə baş verib.
Qubadakı hotellərdən birində kanatın qırılması nəticəsində hotelin əməkdaşı, Qubanın Amsar kənd sakini 1992-ci il təvəllüdlü İsayev Rüzgar Mürvət oğlu ölüb.
Quba rayon sakinləri, 1958-ci il təvəllüdlü Həsənov Rafiq Əziz oğlu və 1985-ci il təvəllüdlü Əliməmmədov Ruhid Mehman oğlu xəsarət alaraq Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Qafqazinfo.az-ın məlumatına görə, yaralılardan iki nəfərə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb. 1958-ci il təvəllüdlü Həsənov Rafiq Əziz oğlu və 1995-ci il təvəllüdlü Əliməmmədov Ruhid Mehman oğlu isə Quba rayon Mərkəzi xəstəxanasına yerləşdirilib.
İnterpress.az