İnterpress.az Trend-ə istinadən xəbər verir ki, hadisə rayon mərkəzində qeydə alınıb.
Biləsuvar şəhər sakini, 1956-cı il təvəllüdlü Hüseynov Valeh Aydın oğlu ailə münaqişəsi zəminində kürəkəni, 1993-cü il təvəllüdlü Babayev Vasif Saleh oğlunu lüləsi kəsilmiş ov tüfəngi ilə güllələyib.
V.Hüseynov daha sonra özünə məxsus \”Mercedes” markalı avtomobillə V.Babayevi Biləsuvar rayon Mərkəzi Xəstəxanasına çatdırıb.
İnterpress.az