İnterpress.az xəbər verir ki, Hantın təyinatı dünən axşam elan olunub. Tereza Meyin Böyük Britaniyanı Avropa İttifaqı üzvlüyündən çıxarmaqla bağlı qərarını \”yumşaq” sayan Conson çıxış yolunu istefa verməkdə görmüşdü. İngiltərənin Aİ-dan tam \”boşanma”sını istəyən Consondan fərqli olaraq Hant \”Breksit” əleyhdarı kimi tanınır.
Qeyd edək ki, Britaniya hökuməti 6 iyulda Aİ ilə gələcək danışıqlara dair mövqeyini razılaşdırmışdı. Mey ölkəsinin Avropa İttifaqı ilə birgə azad ticarət zonası yaratmağa tərəfdar olduğunu açıqlamışdı. Conson isə bu mövqe ilə razılaşmamışdı.
İnterpress.az