İnterpress.az Teleqraf.com-a istinadla xəbər verir ki, Sabunçu rayon Məhkəməsində hakim Fəqan Əhmədovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.Evini əxlaqsızlıq yuvasına çevirən Lalə yaxalandı – Pullar necə bölünürdü?
İttihama görə, Lalə Hüseynova Sabunçu rayon ərazisində yerləşən evlərdən birində əxlaqsızlıq yuvası təşkil edib. O, orada yüngül həyat tərzi keçirən tanışı Sahibə Məmmədovanı (ad və soyad şərtidir – red.) kişi müştərilərlə görüşdürüb.
Bunun müqabilində o, hər müştəridən 40 manat alıb.
Lalə Hüseynova intim xidmət göstərən Sahibə Məmmədovaya 10 manat verib, qalan pulu isə özünə götürüb.
Hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində Lalə Hüseynovanın əxlaqsızlıq yuvası təşkil etdiyi müəyyən edilib.
İstintaq orqanı tərəfindən Lalə Hüseynovanın barəsində Cinayət Məcəlləsinin 243.1-ci (gəlir və ya digər fayda əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmə) maddəsi ilə ittiham elan edilib.
Növbəti proses iyulun 19-da davam edəcək.
İnterpress.az