Bakıda 40 yaşlı qadın itkin düşüb – FOTObackend

Bakıda 40 yaşlı qadın itkin düşüb – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünən Bakı şəhəri, Bayıl qəsəbəsində, saat 16.00 radələrində Nərmin Güloğlan qızı Mehrəliyeva yaşadığı evdən çıxıb və geri qayıtmayıb.

İnterpress.az xəbər verir ki, bu barədə Sputnik Azərbaycan-a Nərminin qardaşı Turan Mehrəliyev məlumat verib. O bildirib ki, bacısı Daun Sindromludur və danışa bilmir: \”Nərminin 40 yaşı var, boyu 1.40 santimetrdir, dolu qızdır. Evdən çıxanda əynində qara rəngli, üzəri ağ xallı don olub\”.

Bakıda 40 yaşlı qadın itkin düşüb - FOTO

Bakıda itkin düşmüş Nərmin Güloğlan qızı Mehrəliyeva

Nərmini görənlərdən (050) 758 03 35, (050) 491 58 58 nömrələri ilə əlaqə saxlamaları xahiş olunur.

İnterpress.az