Uğursuzluqdan sonra istefaya göndərilən baş məşqçi Xorxe Sampaoli haqqında bir çox iddialar səslənmişdi. Hətta onun heyəti Lionel Messinin istəyi ilə qurduğu bildirilirdi.
İnterpress.az Qaynarinfo-ya istinadən xəbər verir ki, bu iddialarla bağlı Argentinanın aparıcı media qurumlarından olan \”TYC Sports\” Messi və Sampaoli arasında Xorvatiya matçından sonra palardəyişmə otağındakı mübahisə ilə bağlı məlumat yayıb.
İddiaya görə, 0:3 hesablı məğlubiyyətdən sonra Messi hər kəsin önündə qışqıra-qışqıra Sampaoliyə bu sözləri deyib:
\”Mənə ən azı 10 dəfə hansı futbolçunu ilk \”11-lik\”də görmək istədiyimi soruşdun. Heç birində ad çəkmədimm. Əgər kiminsə adını çəkmişəmsə, bütün komandanın önündə de\”.
İnterpress.az