Bakıda zəhərli qarpızlar açıq satışda – VİDEObackend

Bakıda zəhərli qarpızlar açıq satışda – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Minval.İnfo-ya istinadən xəbər verir ki, son zamanlar qarpızdan zəhərlənənlərin sayının artması Amil Xəlilin bazarlara üz tutmasına səbəb olub. Bu dəfə Amil tək olmayıb, yanında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov da olub.

Xüsusi aparat vasitəsi ilə bazarlarda satılan qarpız və yemişlər yoxlanılıb. Nəticə isə insanları dəhşətə gətirib . Ən “yaxşı” göstərici bir qarpızda nitratların 2 qat çox olması olub. Bu onu göstərib ki, əgər bir adam tək bir qarpısı (red: həmin qarpızı) yeyərsə həmin gün zəhərlənə bilər.

Verilişdən maraqlı görüntüləri sizə təqdim edirik:

Qeyd edək ki veriliş həftə içi hər gün axşam saat 19:55 də Amil Xəlilin təqdimatında “Space” Tv-də yayımlanır. Verilişin informasiya dəstəkçisi Minval.info saytıdır.

İnterpress.az