FHN: Zaqatalada dağlıq ərazidə itən şəxsin axtarışı davam etdirilirbackend

FHN: Zaqatalada dağlıq ərazidə itən şəxsin axtarışı davam etdirilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yüksək, çətin keçilən mürəkkəb relyefli ərazidə aparılan axtarış işlərinə nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin dağ-xilasedici dəstəsi, kinoloqları və xüsusi təlim keçmiş itləri, Aviasiya dəstəsinin \”Mi-17\” helikopteri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Zaqatala Dövlət Təbiət Qoruğunun əməkdaşları, yerli sakinlərdən ibarət könüllülər cəlb olunub.

Axtarışlar sabah səhər saatlarından etibarən davam etdiriləcək. Əlavə məlumat veriləcək.

İnterpress.az