İnterpress.az xəbər verir ki, İran ilə ABŞ arasındakı gərginlik artmaqda davam edir. ABŞ tərəfindən İrana qarşı yeni sanksiyalar barədə qərar qəbul edildikdən sonra iki ölkə arasında böhran daha da dərinləşib və tərəflər söz duelinə çıxıblar.
General Qasım Süleymani deyib:
“Bir əskər kimi Trampın hədələrinə cavab vermək mənim vəzifəmdir. Əgər təhdid dilindən istifadə etmək istəyirsə, mənimlə danışmalıdır, prezidentlə yox. Biz şəhid olmağı bacaran bir cəmiyyətik və sizi gözləyirik”. (ölkə.az)
İnterpress.az