Hər zaman özünəməxsus geyim tərzi ilə tamaşaçı qarşısına çıxan Azərbaycanın tanınmış müğənnisi Cavanşir Məmmədov bu dəfə də fərqli geyim tərzi ilə fanatlarını təəccüblənirib.
İnterpress.az-ın əldə etdiyi məlumata görə, 64 yaşlı müğənni yeni dəbdə tamaşaçıların qarşısına çıxıb. Əməkdar artistin geyimi növbəti dəfə müzakirələrə səbəb olub.
O, qısaqol kostyum geyinməklə yeni geyim tərzi gətirib.
Belə ki, müğənninin geyindiyi qolu qısa kostyum görənlərin təəccübünə səbəb olub.
Qeyd edək ki, C.Məmmədov hər zaman fərqli geyim tərzi ilə diqqəti çəkib. Bir müddət öncə 64 yaşlı əməkdar artistin transparan geyimdə tamaşaçılar qarşısına çıxması sosial şəbəkələrdə çox müzakirə olunub.
İnterpress.azhttps://youtube.com/watch?v=ZQB-JnZwCqM