Avropa ilə Asiya qitəsini birləşdirən İstanbul boğazı müvəqqəti olaraq bağlanıb.
İnterpress.az Türkiyə mediasına istinadən xəbər verir ki, boğazın bağlanmasına səbəb isə suda üzən gəmidə baş verən texniki nasazlıq olub.
Qitələrarası su yolunu bağlayan “Nissos Therassıa” adlı gəminin Yunanıstana məxsus olduğu bildirilir.
Məlumatda 252 metr uzunluğunda olan gəminin ticarət məqsədi ilə fəaliyyət göstərdiyi vurğulanır.
Qeyd edək ki, İstanbul boğazında gəmilərin hərəkətinin bərpa olunması üçün nasazlıq baş verən yunan gəmisinin sahilə tərəf çəkilməsi istiqamətində müvafiq işlər aparılır.
İnterpress.az