İnterpress.az xəbər verir ki, bu barədə \”The Advocate\” portalı məlumat yayıb.
Məlumatda bildirilir ki, hadisə Yeni Orleanda baş verib. Atışma zamanı 3 nəfər ölüb, 7 nəfər yaralanıb.
Polis hadisənin baş verdiyi ərazini əhatəyə alıb. Silahlı insidentin başvermə səbəbi araşdırılır.
Bildirilir ki, hadisə yerindən xəstəxanaya 3 nəfər aparılıb. Sonra daha 4 nəfər xəstəxanaya müraciət edib.
Hadisənin təfərrüatı açıqlanmır. (report)
İnterpress.az