Hacı Nuran Həsənağa Sadıqova kömək edəcəkbackend

Hacı Nuran Həsənağa Sadıqova kömək edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sənətkarın oğlu Elşən Sadıqov bir neçə gün əvvəl açıqlama verərək atasına kömək lazım olduğunu və yalnız xarici ölkədə müalicə oluna biləcəyini demişdi. Bundan dərhal sonra aparıcı Hacı Nuran Hüseynov İnstaqram hesabında paylaşım edərək H.Sadıqova dəstək olacaqlarını söyləyib:

“Həyat fondu olaraq qərara gəldik ki, ağır onkoloji xəstəlikdən əziyyət çəkən musiqi alətlərinin mahir ifaçısı kimi tanınan Azərbaycan Respublikasının əməkdar artisti və əməkdar mədəniyyət işçisi, gözəl insan Həsənağa Sadıqova lazım olan yardımı edək. Siz xalqımıza lazımsınız. Sizə çox böyük ehtiyacımız var. Çox yaşayın. Allah şəfanızı versin”. (axşam.az)

İnterpress.az