Sevgilisinə xəyanət edən Məhəbbəti ürəyindən bıçaqladılarbackend

Sevgilisinə xəyanət edən Məhəbbəti ürəyindən bıçaqladılar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, 1984-cü il təvəllüdlü Azər Əhmədov kirayə yaşadığı mənzildə qeyri-rəsmi yaşadığı qadının ürək nahiyyəsindən bir neçə bıçaq zərbəsi vurub. Yaralı, 1988-ci il təvəllüdlü Məhəbbət Şıxıyeva al qan içində 1 saylı şəhər xəstəxanasına çatdırılıb. Həkimlərin səyi nəticəsində 30 yaşlı qadının həyatını xilas etmək mümkün olub. Reanimasiya şöbəsinə yerləşdirilən M. Şıxıyevanın vəziyyəti ağır olaraq qalır.
Hadisəni törədənə gəldikdə isə, A.Əhmədov 19-cu Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq rayon prokurorluğuna təhvil verilib. İlkin dindirmələr zamanı A.Əhmədov sevdiyi qadını qısqanclıq səbəbindən vurduğunu bildirib.

Saxlanılanın sözlərinə görə, Məhəbbət onun məhəbbətinə xəyanət edərək başqa kişi ilə mesajlaşıb, bunu isə o tutub.
Törətdiyi əmələ heç bir izah verə bilməyən Məhəbbətə isə öldürmək niyyəti ilə bir neçə bıçaq zərbəsi vurub.

Faktla bağlı Azər Əhmədova qarşı Nəsimi rayon prokurorluğunda cinayət məcəlləsinin 29.120 (ölümə cəhd) maddəsi ilə cinayət işi başlanıb.
(ölkə.az)

İnterpress.az