Gürcüstan prezidenti ABŞ-da cərimələndibackend

Gürcüstan prezidenti ABŞ-da cərimələndi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu barədə “Praym Taym”ın təqdim etdiyi sənədə istinadla “İmedi” telekanalı məlumat yayıb.

“Hadisə mart ayında baş tutan səfər zamanı meydana gəlib. Marqvelaşvili siqaret çəkdiyinə görə 750 dollar məbləğində cərimələnib”, – məlumatda deyilir.

Gürcüstan prezidentinin əvvəllər də belə “xətalara” yol verdiyi qeyd olunur.

“Amma ən dəhşətlisi budur ki, cərimələri prezident öz vəsaiti hesabına deyil, dövlət büdcəsindən ödəyir”, – “İmedi” yazır.

Telekompaniya xatırladır ki, 2018-ci ilin mayında Marqvelaşvili ezamiyyət xərclərinə görə ittihamlara hədəf olmuşdu. (Oxu.Az )

İnterpress.az