FHN “Caspian Plaza”dakı yanğınla bağlı məlumat yaydı – YENİLƏNİBbackend

FHN “Caspian Plaza”dakı yanğınla bağlı məlumat yaydı – YENİLƏNİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fövqəladə Hallar Nazirliyi “Caspian Plaza”dakı yanğınla bağlı məlumat yayıb.
İnterpress.az-ın nazirliyin saytına istinadən məlumatına görə, Yasamal rayonu ərazisində yerləşən “Caspian Plaza” biznes mərkəzinin 8-ci mərtəbəsində 30 ədəd qoruyucu açar və 8 p.m elektrik naqilləri yanıb. Hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri və Xüsusi Ruskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunub. Yanğın yanğın bölmələri çatana kimi söndürülüb.

İnterpress.az

İnterpress.az xəbər verir ki, \”Caspian Plaza\” biznes mərkəzinin 8-ci mərtəbəsində yerləşən elektrik şitində yanğınla müşahidə edilən tüstülənmə olub.

Hadisə yerində Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri cəlb edilib. Həyata keçirilən tədbirlərlə yanğının qarşısı alınıb.

İnterpress.az