Bakı Dövlət Universitetində baş verən tüstülənmənin qarşısı alınıb.
Bu barədə İnterpress.az-a BDU-nun mətbuat xidmətinin rəhbəri Pərvanə İbrahimova məlumat verib. O bildirib ki, universitetin əsas korpusunda baş vermiş tüstülənmənin qarşısı qısa zaman ərzində alınıb.
\”Əsas korpusda otaqların birində yerləşdirilən kondisionerdə tüstülənmə olub. Dərhal hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri və Xüsusi Ruskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunub. Dərhal tüstülənmənin qarşısı alınıb və yanğın da baş verməyib\”.
\”Araşdırmalardan sonra məlum olub ki, tüstülənməyə səbəb elektrik naqillərinin qızması olub\” – deyə, P.İbrahimova vurğulayıb.
FHN-dən İnterpress.az-a verilən məlumata görə isə, Bakı şəhərinin Yasamal rayonu ərazisində yerləşən Bakı Dövlət Universitetinin 1-ci korpusunda kondisionerdə (1 ədəd) tüstülənmə baş verib. Yanğın olmayıb. Tüstülənmənin qarşısı yanğın bölmələri tərəfindən alınıb.
Səid Qərib
İnterpress.az