Öldürülən süpürgəçi ilə bağlı şok təfərrüat: “O qədər kasıb idi ki…”backend

Öldürülən süpürgəçi ilə bağlı şok təfərrüat: “O qədər kasıb idi ki…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Telli Babayeva Yasamal rayon 22 saylı mənzil-kommunal istismar sahəsinin işçisi olub. Səhər küçəni süpürərkən arxadan gələn maşın onu vurub.

Sözügedən qurumdan Yenicag.az-a bildirilib ki, qadın artıq dəfn olunub:

“Telli Babayeva səhər saatlarında küçəni süpürərkən, arxadan gələn maşın onu vurub. Elə yerindəcə canını tapşırıb. 60 yaşı vardı. Həyat yoldaşı rəhmətə gedib. Övladı da yox idi. Onu bacısı oğlu və doğmaları dəfn edib. Həddən artıq imkansız qadın idi, tək yaşayırdı. O qədər kasıb idi ki, heç bilmirik, yas mərasimi olacaq, ya yox. Bacısı oğluna zəng etdik ki, yas mərasiminə gedək, o, bizimlə sərt danışdı”.

İnterpress.az