Gürcüstanın Kocori hərbi hisssində hərbçilər arasında baş vermiş qarşıdurma nəticəsində 4 nəfər yaralanıb.
İnterpess.az “Report”a istinadən xəbər verir ki, bu barədə Hərbi Polisin İstintaq İdarəsi rəisinin müavini polkovnik İrakli Bazeraşvili bildirib.
Onun sözlərinə görə, hərbçilər arasında mübahisə sonradan davaya çevrilib: “Yaralılar hospitala yerləşdirilib. Onların həyatı üçün təhlükə yoxdur. Hadisə araşdırılır. Məhkəmə-tibbi ekspertiza təyin edilib”.
İnterpess.az