İnterpress.az Virtual.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna baş prokurorunun müavini Yevgeni Yenin məlumat verib.
Azərbaycanlı “narkobaron” Ukraynada saxta sənədlərlə yaşayıb və mütəşəkkil cinayətkar qrupa rəhbərlik edib:
“Xəlilov Ukraynada saxta sənədlərlə yaşayıb və “vaxtını boş yerə itirməyib”. Cənubi Amerikadan Avropaya narkotik daşıyan cinayətkar qrupa rəhbərlik edib. Bu yaxınlarda E.Xəlilov status qazanıb və “vor zakon” olmağa can atır”, – deyə Yenin bildirib.
Ukrayna Milli Polisi başçısının birinci müavini Vyaçeslav Abroskin özünün “Facebook” səhifəsində yazıb ki, saxlanılmış şəxs “vor zakon”ların fəaliyyəti ilə bağlı vacib ifadələr verib:
“Deyə bilərəm ki, saxlanılan şəxs Ukrayna mənşəli “vor zakon”ların cinayətkar fəaliyyəti ilə bağlı çox vacib ifadələr verib”.
İnterpress.az