\”90-NU-205\” dövlət qeydiyyat nişanlı \”Hyundai\” markalı avtomobil Alı Mustafayev küçəsində yüksək sürətlə hərəkətdə olan zaman \”01-BP-836\” dövlət nişanlı \”Mercedes\” markalı maşına çırpılıb.
Zərbənin gücündən hər iki avtomobil beton arakəsməyə dəyib. Nəticədə \”Hyundai\”da olan iki nəfər ağır xəsarət alıb.
Yaralılar 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Həkimlərin verdiyi məlumata görə, hər iki yaralı açıq kəllə-beyin travması alıb. Hazırda onların vəziyyəti ağır kimi qiymətləndirilir.
Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları hadisə yerinə cəlb edilib (Report).
İnterpress.az