İnterpress.az Report-a istinadən xəbər verir ki, hadisə şəhərin 10-cu mikrorayon ərazisində baş verib.
Belə ki, şəhər sakini, 1947-ci il təvəllüdlü Xamoğlan Hümbət oğlu Cəfərov özünü yaşadığı binanaın 4-cü mərtəbəsindən ataraq intihara cəhd edib. Ağır bədən xəsarətləri alan X.Cəfərov ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
Hazırda baş vermiş hadisənin səbəbləri araşdırılır.
İnterpress.az