Şəmkirdə ağır yol qəzası – Ölən və yaralananlar varbackend

Şəmkirdə ağır yol qəzası – Ölən və yaralananlar var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

DİN-dən İnterpress.az-a verilən məlumta görə, rayonun Düyərli kəndi ərazisində Bakı şəhər sakini Vüqar Vəliyevin idarə etdiyi BMW və Abşeron rayon sakini Mais Mirzəyevin idarə etdiyi “VAZ-21074” markalı avtomobillər toqquşub.

Nəticədə M.Mirzəyev və sərnişin Rəsul Əliyev hadisə yerində ölüb, digər sərnişin və BMW-nin sürücüsü V.Vəliyev xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

İnterpress.az