Azyaşlı oğlanı marşrut avtobusunda kəmərlə döydülər – Görüntülər sosial şəbəkədə yayıldıbackend

Azyaşlı oğlanı marşrut avtobusunda kəmərlə döydülər – Görüntülər sosial şəbəkədə yayıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə azyaşlı oğlan marşrut avtobusunda döyülüb.

İnterpress.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Şanlıurfanın Eyyübiyyə məhəlləsində hərəkətdə olan marşrut avtobusunda baş verib. Belə ki, 10 yaşlı B.A. ictimai nəqliyyatda gedərkən digər sərnişin tərəfindən əvvəlcə təhqir edilib.

Y.B adlı gənc oğlanın azyaşlını kəmərlə döyməsi nəqliyyat vasitəsinin içərisindəki müşahidə kameralarında lentə alınıb.

Görüntülər sosial şəbəkədə yayıldıqdan sonra polis işə qarışıb.

Azyaşlının təcavüzə məruz qalması təsdiqlənib. Amma məhkəmənin qərarı ilə azyaşlını döyən gənc oğlan izahatı alındıqdan sonra sərbəst buraxılıb.

Azyaşlı isə valideynlərinə təhvil verilib.

İnterpress.az