DİN-dən İnterpress.az-a verilən məlumata görə, avqustun 8-də saat 16 radələrində Neftçala rayonunun Xıllı qəsəbəsi ərazisində Salyan rayon sakini Rizvan Fərəcov idarə etdiyi \”VAZ-2107” markalı avtomobillə yolun kənarında dayanmış Kürkənd kənd sakini Pirverdi Xanməmmədovu vurub.
Xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.
Neftçala RPŞ tərəfindən araşdırma aparılır.
İnterpress.az