Bakıda marşrut avtobusundan pul oğurlanıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən İnterpress.az-a verilən məlumata görə, Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyulun 13-də rayon ərazisində 62 saylı xətt avtobusundan 200 manat pul oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Sənan Hacıyev saxlanılıb.
İnterpress.az