İnterpress.az \”Qafqazinfo\”ya istinadən xəbər verir ki, hadisə Yaşıldərə yaşayış massivində baş verib.
Belə ki, Sumqayıt şəhər sakini 2015-ci il təvəllüdlü Mirzəyeva Sevinc Rizvan qızının yaşadığı mənzildə üzərinə qaynar su dağılıb. Uşaq ağır yanıq xəsarətləri ilə xəstəxanaya çatdırılıb. Uşağa 1-ci və 2-ci termik yanığı diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.
İnterpress.az