İnterpress.az xəbər verir ki, Əli Yaşar oğlu Salehzadə adlı azərbaycanlı 2009-cu ildə Saxalində vətəndaşlara hücum edib.
O, bu əməlinə görə səkkiz il həbsdə olub.
Sonradan Rusiya Ədliyyə Nazirliyli ağır cinayət törətmiş həmyerlimizin 2025-ci ilədək bu ölkəyə gəlməsinə qadağa qoyub və bu barədə yazılı bildiriş göndərib. Həbsdən azad olunan Salehzadə vətənə geri qayıdıb.
Azərbaycanda soyadını dəyişən həmyerlimiz yeni pasport alıb və 2018-ci ildə qeyri-qanuni olaraq, Rusiyaya geri dönüb.
Osmk vilayətinə gələn azərbaycanlı hüquq-mühafizə orqanlarının nəzarətinə düşüb və Rusiya Federal Təhlükəsizlik Xidmətinin Omsk vilayəti üzrə İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat zamanı saxlanılıb. (oxu.az)
İnterpress.az