İnterpress.az xəbər verir ki, bu barədə Ermənistan Xüsusi istintaq Xidmətinin rəisi Sasun Xaçatryan hökumətin bu gün keçirilən iclasından sonra jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, sabiq dövlət başçısı 2008-ci ildə keçirilən prezident seçkilərindən sonra paytaxt Yerevanda baş verən hadisələr görə başlanılan cinayət işinin istintaqı çərçivəsində dindiriləcək.
S.Xaçatryan qeyd edib ki, hazırda Xüsusi İstintaq Xidməti S.Sarkisyanın nə vaxt və hansı suallara cavab verəcəyini müəyyənləşdirir.
Qeyd edək ki, 2008-ci ilin martın 1-də Ermənistanda polis və ordu dinc etiraz aksiyası iştirakçılarına qarşı güc tətbiq edib. Nəticədə 10 nəfər ölüb, 250 nəfər yaralanıb. Həmin seçkilərdə prezident Robert Koçaryan hakimiyyəti Serj Sarqsyana ötürüb.
İnterpress.az