ABŞ: Bizim İsrail və Qəzzaya qoşun göndərmək planımız və ya niyyətimiz yoxdurbackend

ABŞ: Bizim İsrail və Qəzzaya qoşun göndərmək planımız və ya niyyətimiz yoxdur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın vitse-prezidenti Kamala Harris İsrail və Qəzzaya qoşun göndərmək planının olmadığını açıqlayıb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

CBS News-a danışan Harris İsrailin özünü müdafiə etmək hüququna malik olduğunu bildirib.

O, Həmas və Fələstinlilərin eyni hesab edilməməsi lazım olduğunu vurğulayıb və deyib ki, fələstinlilər israillilərlə eyni təhlükəsizlik, qətiyyət və ləyaqətə layiqdirlər.

İsrail-Fələstin münaqişəsində müharibə qaydalarına riayət edilməsi lazım olduğuna diqqət çəkən Harris, Fələstinə humanitar yardım axınının davam etdirilməsinin vacibliyinə diqqət çəkib. ABŞ-ın vitse-prezidenti Harris “Bizim İsrail və Qəzzaya əsgər göndərmək planımız və niyyətimiz yoxdur” deyib.

O, İranı məsələyə qarışmamağa çağırıb.