“ABŞ İrana qarşı silah embarqosunun uzadılması cəhdi zamanı məğlubiyyətə uğradı”.
İnterpress.az-ın məlumatına görə, bu sözləri ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Robert O’Brayen deyib.
“Biz bu gün məğlubiyyətə uğradıq. Ancaq bu hələ son deyil”, – deyə müşavir bildirib.
O, həmçinin, bildirib ki, Almaniya, Fransa və Böyük Britaniyanın BMT Təhlükəsizlik Şurasında ABŞ-ı dəstəkləməkdən imtinası onları məyus etsə də, təəccübləndirməyib.
Xatırladaq ki, avqustun 14-də BMT Təhlükəsizlik Şurası ABŞ-ın İrana silah embarqosunun uzadılması ilə bağlı qətnaməsini dəstəkləməyib.
İnterpress.az






