ABŞ-da 6 yaşlı şagirdin müəllimini yaraladığı məktəb bir həftəlik bağlanacaq.
Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.
Bildirilib ki, ABŞ-ın Virciniya ştatının Nyuport Nyus şəhərində 6 yaşlı şagird müəllimini – 25 yaşlı Abby Zverneri silahla yaralayıb.
Yanvarın 6-da baş verən hadisənin sinifdə mübahisə zamanı baş verdiyi bildirilir.